AZ

Ağsuçaydan keçən sel avtomobil yolunu yararsız hala salıb

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Məlumata görə, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

 

Yolun açılması istiqamətində işlər görülür.

Seçilən
3
36
senzor.az

10Mənbələr