AZ

Bu prezidentin evinə PUA hücumu EDİLDİ: Araşdırma BAŞLANDI

Ajans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb. Təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, şənbə günü səhər tezdən pilotsuz uçuş aparatı İraq Kürdüstan Regionunun başçısının evinə hücum edib. İnsident İraqın şimalında gərginliyin davamlı olaraq artması fonunda baş verib. Həmin mənbələr hava hücumundan müdafiə (HHM) sistemlərinin Dəhükdəki Peşmərgə döyüşçülərinin bazası yaxınlığında da bir PUA-nı vurduğunu bildiriblər.

Əs-Sudani insidentləri araşdırmaq və günahkarları müəyyənləşdirmək üçün təhlükəsizlik və texniki araşdırma məsələləri üzrə dərhal birgə qrupunun yaradılması barədə göstəriş verib.

Seçilən
0
4
Ajans.az

10Mənbələr