AZ

İkardinin "Qalatasaray" macərası sona çatır

Argentinalı ulduz hücumçu Mauro İkardinin mövsümün sonunda "Qalatasaray" klubu ilə yollarını ayıracağı gözlənilir.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, futbolçu ilə klub rəhbərliyi arasında yeni müqavilənin imzalanması istiqamətində aparılan danışıqlar tamamilə dayandırılıb.

İddialara əsasən, artıq komandadan getməyi planlaşdıran təcrübəli forvard "sarı-qırmızılar"ın keçirdiyi son məşq prosesinə də qatılmayıb.

Qeyd edək ki, argentinalı oyunçu cari mövsümdə "Qalatasaray" forması ilə çıxdığı 39 rəsmi qarşılaşmada rəqib qapılarından 15 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Seçilən
0
4
musavat.com

5Mənbələr