AZ

Pezeşkian: ABŞ-nin verdiyi vədlərə inanmırıq

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə bağlı sərt açıqlama verərək Vaşinqtonun verdiyi vədlərə inanmadığını bildirib.

Far.Az xəbər verir ki, Pezeşkian bu fikirləri Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı zamanı səsləndirib.

O qeyd edib ki, Ağ Evin İranın infrastruktur obyektlərinə hücum edilməyəcəyi ilə bağlı verdiyi təminatlara baxmayaraq, bu cür obyektlər yenə də hədəfə alınır.

İran liderinin sözlərinə görə, nüvə danışıqları dövründə belə ölkə iki dəfə hərbi hücumlara məruz qalıb. Bu isə ABŞ rəsmilərinin bəyanatları ilə real addımları arasında ziddiyyət yaratmaqla Tehranın Vaşinqtona olan inamını daha da zəiflədib.

Telefon danışığında Pakistan tərəfi də mövqeyini açıqlayıb. Şərif İrana qarşı həyata keçirilən hücumları, xüsusilə iqtisadi və enerji infrastrukturuna yönələn zərbələri qətiyyətlə pislədiklərini və rəsmi Tehranla həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında baş tutan telefon danışığı bir saatdan artıq davam edib.

Seçilən
17
far.az

1Mənbələr