AZ

Pezeşkian ABŞ nin vədlərinə inanmır

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian Vaşinqton ilə Tehran arasında vasitəçilik etməyə çalışan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında ölkənin infrastrukturuna hücum etməyəcəyinə dair Ağ Evin vədlərinə baxmayaraq bu mərkəzlərin hədəf alındığını bildirib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu, M. Pezeşkianın Ş. Şəriflə telefon danışığından sonrakı yazılı açıqlamasında əksini tapıb.

"İran nüvə müzakirələri zamanı dialoq və diplomatiya mühitində iki dəfə hərbi hücuma məruz qalıb",- Pezeşkian bildirib və əlavə edib ki, indi də amerikalı rəsmilərin iqtisadi və enerji infrastrukturuna hücum etməyəcəklərinə dair iddia, vədlərinə baxmayaraq, bu mərkəzlər hədəf alınır:

"Bu ziddiyyətli söz və davranış İranın Amerikaya olan inamsızlığının daha da artmasına yol açıb".

Pakistanın Baş naziri Şərif isə İrana qarşı hərbi hücumları və xüsusilə ölkənin iqtisadi infrastrukturuna yönəlmiş zərbələri kəskin şəkildə qınadıqlarını vurğulayaraq, rəsmi Tehranla tam həmrəylik içində olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı bir saatdan çox davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
azpolitika.info

10Mənbələr