AZ

Rəsmi Tehran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxır?

"Nüvə silahının yayılmaması haqqında" müqavilədən (NPT - Treaty on the Non-Proliferation of Nuclear Weapons) çıxmaq məsələsi İranın gündəliyinə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"İrandakı bəzi aidiyyəti qurumlar, o cümlədən parlament müqavilədən çıxmaq məsələsini təcili olaraq araşdırır və ölkədə bu müqavilədə qalmaq üçün heç bir səbəbin olmadığı qənaəti qətiləşir",- məlumatda bildirilib.

Qeyd olunub ki, sənədə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın dinc nüvə texnologiyasından və onun ləvazimatlarından faydalanmasının qorunması və dəstəklənməsi şəraitini təmin etməlidir:

"Lakin agentliyin rəhbəri Rafael Qrossi düşməni dolayısı ilə İranın obyektlərinə qarşı nüvə silahından istifadə etməyə təşviq edəndə və ABŞ ilə İsrail AEBA-nın heç bir maneəsi və qınağı olmadan İranın obyektlərinə hücum edəndə müqavilədə qalmaq üçün heç bir əsas qalmır".

Seçilən
1
50
bakivaxti.az

10Mənbələr