Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Aranlı kənd sakini 1994-cü il təvəllüdlü Bayramov Elnurun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev