AZ

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar.

Ölkə.az duş zamanı qaçınmalı olduğunuz 7 əsas səhvi təqdim edir:

1. Kosmetik məhsul çoxluğundan qaçın

Onlarla fərqli məhsuldan istifadə etmək dərini yorur. Xüsusilə antibakterial və kəskin ətirli sabunlar dərinin təbii mikrobiomunu pozaraq qıcıqlanmaya səbəb olur. Dəri baryerini dəstəkləyən zərif təmizləyicilərə üstünlük verilməlidir.

2. İsti su dərinin gizli düşmənidir

Uzun və isti vanna rahatladıcı görünsə də, həddindən artıq isti su dərinin təbii yağlarını yox edir. Bu, dərini qurudur və eyni zamanda ürək xəstəliyi olan şəxslərdə qan dövranı sistemini çətinləşdirə bilər. Ən sağlam seçim ilıq sudur.

3. Liflər və süngərlər bakteriya yuvasıdır

Hamam liflərini və süngərləri tamamilə qurutmaq demək olar ki, qeyri-mümkündür. Bu da onları bakteriyaların çoxalması üçün ideal məkana çevirir. Süngərləri hər 3-4 həftədən bir dəyişmək, dəsmalları isə tez-tez yumaq lazımdır.

4. Dərini sərt şəkildə ovmaqdan əl çəkin

Dərini "ağrıyana qədər" sürtməyin daha yaxşı təmizlik təmin etdiyini düşünmək böyük yanlışdır. Sərt hərəkətlər dəridə mikro cırıqlar yaradaraq infeksiya riskini artırır. Zərif və dairəvi hərəkətlər təmizlik üçün kifayətdir.

5. Səhv saç yuma texnikaları

Şampun saç dərisinə, saç kremi (balzam) isə yalnız saç uclarına çəkilməlidir. Kremi saç dərisinə vurmaq saçın daha tez yağlanmasına səbəb olur. Həmçinin, hər saç tipinin hər gün yuyulmağa ehtiyacı yoxdur.

6. Məşqdən dərhal sonra "şok" duşa diqqət

Ağır fiziki aktivlik və ya idmandan dərhal sonra duşa girmək qan dövranı sistemində şok effekti yarada bilər. Bədən istiliyi və ürək döyüntüsünün normallaşması üçün məşqdən sonra ən azı 5-10 dəqiqə gözləmək həyati əhəmiyyət kəsb edir.

7. Nəmləndirici üçün "3 dəqiqə qaydası"

Duşdan çıxdıqdan sonra ilk üç dəqiqə ərzində nəmləndirici çəkilməsi dərinin rütubəti özündə saxlamasını təmin edir. Xüsusilə quru dərilər üçün tərkibində spirt və ağır ətir olmayan qatı kremlər tövsiyə olunur.(milli.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
olke.az

10Mənbələr