AZ

Modelin qətli ilə bağlı yeni faktlar: Tabut açıldı, qorxunc mənzərə

İtaliyada baş verən dəhşətli qətl hadisəsi ilə bağlı yeni və şok detallar ortaya çıxıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında Milan şəhərində vəhşicəsinə qətlə yetirilən 29 yaşlı model, iş qadını və realiti-şou ulduzu Pamela Janini ilə bağlı araşdırmalar davam edir.

Müstəntiqlərin bildirdiyinə görə, qadına onun keçmiş sevgilisi, 52 yaşlı iş adamı hücum edib. İddialara əsasən, kişi Janinini təqib edib və münasibətlərini bərpa etməsi üçün ona təzyiq göstərib. Hadisə zamanı model 24-dən çox bıçaq xəsarəti alaraq həyatını itirib.

Lakin cinayətdən aylar sonra hadisə ilə bağlı yeni və daha dəhşətli detal üzə çıxıb. Belə ki, mərhumun meyiti dəfn evindən qəbiristanlığa aparılarkən işçilər tabutun düzgün bağlanmadığını aşkar ediblər. Tabut açıldıqda isə məlum olub ki, Pamela Janininin başı kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

İlkin ehtimallara görə, bu vandalizm aktında üç-dörd nəfər iştirak etmiş ola bilər. Hadisənin motivi isə hələlik məlum deyil.

Faktla bağlı cəsədin təhqir edilməsi və qalıqların oğurlanması maddələri üzrə cinayət işi açılıb. İtaliya qanunvericiliyinə əsasən, bu əməllərə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qətldə şübhəli bilinən keçmiş sevgili artıq saxlanılıb. Onun cinayətdən sonra iki dəfə intihara cəhd etdiyi, lakin sağ qaldığı bildirilir. Hazırda o, həbsdədir və həm təqib, həm də qəsdən adam öldürmə ittihamları ilə üzləşib.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub və araşdırmalar davam edir.

Seçilən
1
7
news365.az

8Mənbələr