AZ

Oğuzda ağacları kəsən gənc saxlanılıb

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
1
23
day.az

10Mənbələr