İstanbulda “narkotik” istintaqı çərçivəsində hava limanında saxlanıldıqdan sonra sərbəst buraxılan türkiyəli aktrisa Hande Erçelin prokurorluğa verdiyi ifadə üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Türkiyə KİV-də məlumatlar yayılıb.
“Dosyada qeyd olunan müxtəlif məkanlardan yalnız bir neçə dəfə iş görüşmələri üçün “Bebek” hotelinin restoran bölümünə getmişəm. Yoğun iş qrafikimdən dolayı gecə həyatım yoxdur. İddia edildiyi kimi, bəzi iş adamları tərəfindən təşkil edilən heç bir şəxsi məclis və ya tədbirdə iştirak etməmişəm. Həyatım boyu narkotik vasitələrdən istifadə etməmişəm. Hakan Sabancının da bundan istifadə etdiyini görməmişəm. Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm”, - Hande bildirib.
Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılmışdı.