AZ

Roy Hocson 44 ildən sonra eyni klubu çalışdıracaq

İngiltərənin “Bristol Siti” klubunun yeni baş məşqçisi məlum olub.

Msport.az xəbər verir ki, komandaya 78 yaşlı Roy Hocson rəhbərlik edəcək.

Hocson 44 ildən sonra “Bristol Siti”nin “sükanı” arxasına keçib. O, məşqçiliyə yeni başlayarkən 1982-ci ildə bu klubu çalışdırıb.

Hocsonun indi əsas vəzifəsi “Bristol Siti”ni Çempionşipdə saxlamaqdır. Komanda 39 oyundan sonra 51 xalla 16-cı yeri tutur.

Xatırladaq ki, Hocson “İnter”, “Liverpul”, “Udineze”, “Kristal Pelas”, “Vest Hem” kimi klublarda, İngiltərə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Finllandiya kimi milli komandalarda işləyib.

Seçilən
49
msport.az

1Mənbələr