AZ

Tramp Avropa üçün ənənəvi hədəsini təkrarladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin İran məsələsində Vaşinqtona dəstək verməməsi fonunda yenidən alyansdan çıxmaqla hədələyib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Mayamidə keçirilən investisiya forumunda bildirib.

“ABŞ hər il NATO-ya yüz milyardlarla dollar xərcləyir və üzv ölkələrin təhlükəsizliyini təmin edir. Vaşinqton həmişə müttəfiqlərinə kömək etməyə hazır olub, lakin onların davranışını nəzərə alaraq, artıq buna ehtiyac qalmayacağını düşünür. Əgər digər ölkələr ABŞ-a dəstək vermirsə, onların müdafiəsinə qalxmağın mənası yoxdur”, – Tramp deyib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
globalinfo.az

1Mənbələr