AZ

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mehmet Akif Kireçci ABŞ-İran və İsrail arasında müharibənin yeni böhranlara səbəb olduğu bir vaxtda, Zəngəzur Dəhlizinin planlanan vaxtdan daha tez açılmasının faydalı olacağı qənaətindədir.

APA-nın Türkiyə bürosunun suallarını cavablandıran Kireççi dünya ölkələrinin böyük böhran riski ilə üz-üzə olduğunu bildirib.

Onun fikrincə, belə bir şəraitdə Azərbaycan öz neft və qaz ehtiyatları ilə, Türkiyə isə bölgədə sabitlik yaradan ölkə kimi çox strateji əhəmiyyət qazanacaq:

“Hazırda Türkiyə bütün diqqətini həm özünə, həm də Azərbaycana təsir edə biləcək münaqişələri sülhə çevirməyə yönəldib. Bölgədəki müharibələr iqtisadiyyata da təsir edir. Dünya ölkələri böyük böhran riski ilə üz-üzədir. Yaponiya, Filippin, Banqladeş, Hindistan kimi ölkələrdə də vəziyyət gərgindir. Belə bir şəraitdə Azərbaycan öz neft və qaz ehtiyatları ilə, Türkiyə isə bölgədə sabitlik yaradan ölkə kimi çox strateji əhəmiyyət qazanır.

Türkiyə həm İraq, həm də digər istiqamətlər üzərindən alternativ yollar üzərində düşünür. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Böhranlar sürətlə böyüyür və bu da qlobal ticarətə və resurs axınına təsir edir. Buna görə də bir neçə nəqliyyat yoluna ehtiyac var.

Məncə, Zəngəzur dəhlizi sülhə xidmət edə bilər. Zəngəzur dəhlizinin daha tez açılması faydalı olar. Bunun üçün yalnız Azərbaycan və Türkiyənin əməkdaşlığı kifayət etmir, Orta Asiya ölkələri də bu prosesə hazır olmalıdır”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
8
apa.az

9Mənbələr