AZ

“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Los-Ancelesdə keçirilən hərracda“Ulduz müharibələri” filmində istifadə olunan C-3PO başlığı 1 milyon dollardan çox qiymətə satılaraq diqqət mərkəzinə çevrilib.

"Euronews"un verdiyi xəbərə görə, "Propstore" tərəfindən təşkil edilən satışda bu nadir rekvizit 1058400 dollara alıcı taparaq ilkin qiymətləndirməni xeyli üstələyib.

Hərracda həmçinin "Jaws" filmində istifadə olunan tüfəng və "Cast Away" filmindən məşhur “Wilson” topu kimi ikonlaşdırılmış əşyalar da satışa çıxarılıb.

Fantastik janr həvəskarları üçün "The Lord of the Rings" trilogiyasına aid qılınc parçaları da maraq doğurub.

Qeyd edək ki, mütəxəssislər bu satışların kino tarixinin məşhur rekvizitlərinə olan yüksək kolleksiya marağını bir daha təsdiqlədiyini bildirirlər.

Xəlil Köçərli vəfat etdi

Qadınlar aliment almaq üçün boşanır?

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
kulis.az

2Mənbələr