AZ

Qazaxlar Leninqradda kütləvi davaya düşüb

Qazaxıstan Xarici İşlər Nazirliyi Leninqrad vilayətində Qazaxıstan vətəndaşlarının iştirakı ilə baş verən kütləvi davanın təfərrüatlarını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ust-Luqadakı münaqişədə Qazaxıstan vətəndaşları ciddi xəsarət almayıb və heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Qazaxıstan XİN bildirib ki, Rusiya hüquq-mühafizə orqanları hadisənin hallarını tam və obyektiv şəkildə aydınlaşdırmaq üçün məhkəmə prosesi aparır. Nazirliyin sözçüsü Yerlan Jetıbayevin sözlərinə görə, bu tədbirlərə münaqişədə iştirak edənlərin saxlanılması daxil olub və istintaq hərəkətləri davam edir.

Nazirlik həmçinin qeyd edib ki, müvəqqəti işçi düşərgəsi ərazisində vəziyyət sabit olaraq qalır və səlahiyyətli orqanların nəzarəti altındadır.

Bildirilir ki, Qazaxıstan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşları Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə daim əlaqə saxlayırlar. “Baş konsul Qazaxıstan vətəndaşlarına lazımi konsulluq və hüquqi dəstək göstərmək və bütün halları aydınlaşdırmaq üçün hadisə yerinə gedib”, - Erlan Jetıbayev deyib.

Sözügedən kütləvi dava 26 mart 2026-cı ildə Leninqrad vilayətindəki Ust-Luqa qəsəbəsindəki növbə işçiləri düşərgəsində baş verib. Qazaxıstan vətəndaşlarının iştirakı ilə baş verən davanın videogörüntüləri “Threads” sosial media platformasında yayılıb: bir videoda avtomobilin izdihama çırpıldığı, digərində isə kişilərin zorla təhlükəsizlik avtomobilinə mindirildiyi göstərilir.

Maraqlıdır ki, qazaxların kimlərlə dalaşdığı, hücum edənlərin kim olduğu açıqlanmır və bu, müəyyən şübhələrə, hadisənin ksenofobiya zəminində baş verdiyinə dair gümanlara əsas verir.

Musavat.com

Seçilən
18
1
musavat.com

2Mənbələr