AZ

Odessaya dron hücumları oldu - Ölənlər və xəsarət alanlar var

Martın 27-dən 28-nə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Odessa şəhərinə 60-dan çox hücum dronu atıb. Ölənlər, yaralananlar və ciddi dağıntılar var.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

"Ruslar Odessaya kütləvi hücum ediblər. Heç bir hərbi məqsəd yox idi, bu, adi mülki həyata qarşı terror idi. Şəhərə edilən bu hücumda 60-dan çox drondan istifadə edilib. Təəssüf ki, böyük ziyan dəyib. Zədələnən obyektlər arasında doğum evi, yaşayış binaları, müəssisələr, liman və vacib infrastruktur var. Təcili yardım xidmətləri fəaliyyətini davam etdirir və lazım olan yerlərdə kömək göstərir. Təəssüf ki, 2 nəfər həlak olub. Bir uşaq da daxil olmaqla, 10-dan çox insan yaralanıb", - deyə Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, ötən gecə Ukraynanın Poltava və Dnepropetrovsk vilayətlərinə də hücumlar qeydə alınıb.

Seçilən
0
4
moderator.az

5Mənbələr