AZ

Tramp: “O vaxt prezident mən olsaydım, Ukraynaya kömək etməzdim”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan vaxtlarda dövlət başçısı olsaydı, sələfi Co Baydendən fərqli olaraq, bu münaqişədə Ukrayna hakimiyyətinə kömək etməzdi.

D.Tramp Mayamidə keçirilən investisiya forumunda Ukraynaya dair fikirlərini aşağıdakı cür bildirib:
"Ukrayna bizim münaqişəmiz deyil, amma biz onlara kömək etdik. Mən (münaqişə başlayanda) prezident olsaydım, onlara kömək etməzdim. Bu müharibə heç vaxt başlamamalı idi, amma o vaxtkı prezidentimiz çox aşağı IQ-ya malik bir insan idi".

Bununla da o, həm özündən əvvəlki prezident Cpzef Baydenə, həm də Ukraynanın hazırkı rəhbərliyinə dair əsl münasibətini ortaya qoyub.

Qeyd edək ki, Tramp əlinə düşən bütün fürsətlərdə həm sələfinin dalınca danışmaqdan çəkinmir, həm də Ukraynaya, onun rəhbəri Vladimir Zelenskiyə xoş münasibət bəsləmədiyini bəlli edir./Musavat.com

Seçilən
1
2
turkustan.az

3Mənbələr