AZ

Rubio Zelenskini yalan danışmaqda ittiham etdi

ABŞ Dövlət katibi Marko Rubio Zelenskini yalan danışmaqda ittiham edib.

News365.az xəbər verir ki, Rubio Vaşinqtonnun Ukrayna qoşunlarının Donbasdan çıxarılması üçün heç bir şərt qoymadığını bildirib.

“Bu, yalandır. Mən onun bunu dediyini gördüm, Zelenkinin bunu deməsi doğru deyil, çünki bunun doğru olmadığını bilir. Təhlükəsizlik zəmanətləri müharibə bitənə qədər qüvvəyə minməyəcək. Amma bu, “ərazidən imtina edilməsi” şərti ilə bağlı deyildi. Niyə belə şeylər dediyini bilmirəm. Bu, sadəcə doğru deyil”.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya qoşunlarını Donbasdan çıxarması müqabilində təhlükəsizlik zəmanəti verəcəyini bildirdiyini demişdi.

Seçilən
12
2
news365.az

3Mənbələr