AZ

İran ABŞ aviabazasına hücum etdi – 12 əsgər yaralanıb, 2-nin durumu ağırdır

İran Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Heftelik.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

İranın Səudiyyə Ərəbistanının Şahzadə Sultan aviabazasına hücumunda 12 ABŞ əsgəri yaralanıb. Yaralılardan 2-nin vəziyyəti çox ağırdır.

Bazaya həm raket, həm də dronlarla hücum edilib.

Bazada olan iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəydiyi bildirilib.

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bu xəbərə hələlik şərh verməyib.

Seçilən
25
14
heftelik.az

10Mənbələr