AZ

Zamiq metro qabağında qələm satmağından danışdı

Müğənni Zamiq Hüseynov özü ilə bağlı maraqlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, “Qonaqcanlı” verilişində belə deyib: “Uğurlu adamam. Hansı işlə məşğul olsam, alınar. Amma gərək həmin işə vaxt, zaman ayırasan. 10 yaşımdan işləyirəm. Metronun qabağında qələm satırdıq və ən çox da satan mən olurdum. Yəni bir işə ürək qoyanda nəticə olur”.

Qeyd edək ki, Zamiq Hüseynov Füzuli şəhərindən məcburi köçkün düşüb. Ailəsi ilə birlikdə bir müddət çadırda yaşayıb.

Xalidə Gəray
Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr