AZ

Bu şəhərlərə gedəndə çantanızdan bərk yapışın

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlərin siyahısı açıqlanıb. Qlobal miqyasda 13 min rəy əsasında aparılan araşdırma nəticələri diqqət çəkir.Demokrat.az xəbər verir ki, statistik məlumatlar İspaniyada fəaliyyət göstərən "El Caso" nəşri tərəfindən təqdim olunub.Reytinqdə ilk pillədə Paris qərarlaşıb. Araşdırmaya əsasən, oğurluq halları ilə bağlı şikayətlərin 16.5 faizi məhz bu şəhərin payına düşür. İkinci sırada Roma yer alır. Burada qeyd olunan soyğunçuluq faktları ümumi rəylərin 10.7 faizini təşkil edir. Üçüncü yerdə isə Barselona gəlir, bu şəhərdə göstərici 5.3 faizdir.Məqalədə qeyd olunur ki, Barselona turistlərə qarşı törədilən oğurluq hallarına görə qlobal miqyasda ən problemli istiqamətlərdən biri kimi mövqeyini getdikcə möhkəmləndirir.Araşdırma 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər yazılmış rəylərin təhlili əsasında hazırlanıb. Təhlil zamanı səyahətçilərin şərhlərində “cibgirlik”, “oğurluq” və “fırıldaqçılıq” kimi ifadələr xüsusi diqqət mərkəzində olub.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr