AZ

ABŞ və Aİ rəsmiləri arasında Rusiyaya görə gərgin mübahisə

G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı ABŞ dövlət katibi Marko Rubio ilə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas arasında Rusiya məsələsi ilə bağlı kəskin mübahisə baş verib.

“Yeni Sabah” xəbər verir ki, Axios-un yazdığına görə, Kallas ABŞ-nin Rusiyaya qarşı nə vaxt daha sərt mövqe sərgiləyəcəyini soruşub. Bu sual Rubio tərəfindən sərt reaksiya ilə qarşılanıb. Hadisə görüşdə iştirak edən digər müttəfiq ölkələrin xarici işlər nazirlərinin qarşısında baş verib. Görüşdə iştirak edən mənbələr onun reaksiyasını “frustrasiya dolu” və “kəskin” kimi xarakterizə edir.

Qeyd olunur ki, bu gərgin dialoq Ukrayna müharibəsi fonunda ABŞ ilə Avropadakı bir sıra müttəfiqlər arasında mövcud olan qarşılıqlı etimadsızlığın göstəricisi kimi qiymətləndirilir.


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr