AZ

Son Dəqiqə: SEPAH ABŞ-nin hərbi gəmilərini batırıb, xeyli sayda ölən var



SEPAH Dubayda altı ABŞ hərbi gəmisinə qanadlı raketlər atdığını və onlardan üçünü batırıb.

Aia.az “Mehr”ə istinadən xəbər verir ki, SEPAH Dubaydakı Əl-Şux limanında desant əməliyyatları və avadanlıq və təchizat daşımalarından məsul olan altı ABŞ hərbi gəmisinə “Qədr-380” qanadlı raketləri ilə atəş açılıb.
SEPAH-ın qeyd etdiyi kimi, bu döyüş gəmilərindən üçü zərbədən sonra batıb, qalanları isə alovlanıb.

Əməliyyat zamanı çox sayda Amerika əsgərinin də öldürüldüyü bildirilir.

ABŞ rəsmisi “Reuters”ə açıqlamasında deyib ki, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına endirdiyi hərbi hücum nəticəsində 12 amerikalı hərbçi yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir.

Son məlumatlara görə, İrana qarşı müharibənin 28 fevralda başlamasından bəri 300-dən çox ABŞ hərbçisi yaralanıb.

Münaqişə zamanı ümumilikdə on üç Amerika hərbçisi həlak olub.



Seçilən
0
3
aia.az

4Mənbələr