AZ

BMT Hörmüz boğazı vasitəsilə xammal daşınması üçün yeni mexanizmlər hazırlayır

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranla davam edənmüharibənin qlobal təchizat zəncirlərinə mənfi təsirini azaltmaqməqsədilə yeni təşəbbüslə çıxış edib.

Trend xəbər verir ki, BMT Başkatibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərəaçıqlamasında bildirib ki, təşkilat “texniki mexanizmlərinhazırlanması və təklif olunması” üçün xüsusi işçi qrup yaradıb. Bumexanizmlər əsasən gübrə və digər xammalın Hörmüz boğazı vasitəsilədaşınmasını təmin etməyə yönəlib.

Sözçü vurğulayıb ki, təşəbbüs kommersiya məqsədli neftdaşımalarına aid deyil: “Bu, daha çox müharibənin davam edəntəsirlərinin yumşaldılmasına yönəlib”.

Onun sözlərinə görə, gübrə təchizatında yaranan problemlər yaxınaylarda kənd təsərrüfatına ciddi təsir göstərə bilər: “Əgər yaxınaylarda əkin aparmaq mümkün olmazsa, bu, gələcəkdə aclığınartmasına səbəb olacaq”.

Düjarrik əlavə edib ki, yanacaq qiymətlərinin artması ərzaq vəkənd təsərrüfatı məhsullarının daşınma xərclərini yüksəldir və buda artıq əsas qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkənailələr üçün əlavə yük yaradır.

Məlumata görə, işçi qrupuna Beynəlxalq Dəniz Təşkilatı vəBeynəlxalq Ticarət Palatası daxil olmaqla bir sıra beynəlxalqqurumlar cəlb olunacaq.

BMT-nin Baş katibi Antonio Quterreş isə məsələ ilə bağlıaidiyyəti üzv dövlətlərlə əlaqə saxlayaraq təşəbbüsün həyatakeçirilməsi yollarını müzakirə edəcək.

Seçilən
50
6
az.trend.az

7Mənbələr