AZ

Burhanəddin Duran: Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçmişik

Türkiyə qardaş Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçib.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X"dəki hesabında yazıb.

"Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə təşkil edilən Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – "Stratcom Summit 26"ndə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində Birgə İşçi Komissiyalarının və Komitələrinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Media İnkişafı Agentliyinin rəhbəri cənab Əhməd İsmayılovla Anlaşma Memorandumu imzaladıq.

Bu addımla, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında, dost və qardaş ölkə Azərbaycanla rəqəmsal və sosial media, audiovizual media, strateji kommunikasiya və böhran vəziyyətlərində məlumat, təcrübə və texnologiya paylaşımını artırmaqla qurumlarımız arasında daha güclü kommunikasiya körpüsü qurmağı hədəfləyirik.

İnanırıq ki, Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində Birgə İşçi Komissiyalarının və daimi komitələrin yaradılmasını nəzərdə tutan anlaşma memorandumunun həyata keçirilməsi media və kommunikasiya sahəsindəki əməkdaşlığımızı daha da dərinləşdirəcək. Bunun faydalı olmasını arzulayırıq", - B.Duran qeyd edib.

Seçilən
47
far.az

1Mənbələr