ain.az, Azertag portalına istinadən məlumat yayır.
Astara, 27 mart, AZƏRTAC
Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün saat 12:10-da “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanının daşıdığı humanitar yardımın ümumi həcmi 140 tondan artıqdır.
11:11
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.
Xatırladaq ki, bu gün gecə saatlarında 31 vaqondan ibarət humanitar yük qatarı da Astara dəmir yolu sərhəd-keçid məntəqəsindən İrana göndərilib.
Əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.
Müxbir - İlkin Adıyev
















Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.