ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib.Bizim.Media xəbər verir ki, bu barədə H. Fidan Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı bildirib.“İsrail regiondakı islam ölkələrinin bir-biri ilə uzunmüddətli qarşıdurmaya girməsini istəyir. Həm İrana, həm də digər ölkələrə tövsiyəmiz — İsrailin sırıdığı bu oyuna uymamaqdır”, - türkiyəli nazir deyib.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.