Bakı. Trend:
ABŞ Ukrayna üçün planlaşdırılmış silahların Yaxın Şərqəgöndərilməsi ehtimalını tam istisna etmir.
Trend xəbər verir ki, bubarədə ABŞ-ın dövlət katibi Marko Rubio açıqlama verib.
“Hələlik heç bir silah yönləndirilməyib, lakin belə bir addımınatılması mümkündür”, – deyə Rubio bildirib.
O qeyd edib ki, söhbət ABŞ-a məxsus silahlardan gedir vəVaşinqton lazım gələrsə, onları öz milli maraqlarına uyğun şəkildəistifadə edə bilər.
“Bu silahlar bizə məxsusdur. Hərbi zərurət yaranarsa,ehtiyatların bərpası və ya milli maraqlarımızın təmin olunması üçünistifadə etməkdə hər zaman üstünlük bizdə olacaq”, – deyə ovurğulayıb.
Rubio əlavə edib ki, hazırda Ukraynaya silah tədarükü davam edirvə bu proses dayandırılmayıb.