İranla əlaqəli hakerlər FTB direktoru Keş Patelin şəxsi elektron poçt hesabına daxil olublar.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bəyanat yayıb.
İranla əlaqəli hakerlər FTB direktorunun şəxsi elektron poçt hesabını sındırdıqlarını açıq şəkildə elan ediblər və direktorun fotoşəkillərini və digər sənədləri internetdə dərc ediblər. "Reuters" agentliyi haker hücumunda "Handala Hack Team" haker qrupunun iştirak etdiyini bildirir.
Ədliyyə Nazirliyinin sözçüsü Patelin elektron poçtunun haker hücumuna məruz qaldığını təsdiqləyib və internetdə dərc olunan materialların orijinal göründüyünü qeyd edib.
Ağarza Elçinoğlu