AZ

Rubinyan: Paşinyan uduzsa, Azərbaycanla müharibə qaçılmazdır

Ermənistan hakimiyyəti seçkilər öncəsi müharibə ritorikasını gücləndirir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan seçkilərlə bağlı diqqətçəkən açıqlamalar verib.

O, martın 27-də keçirdiyi brifinqdə bildirib ki, hakim “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə qalib gəlməzsə, Azərbaycanla müharibə ehtimalı yüksəkdir.

Rubinyanın sözlərinə görə, müxalif qüvvələr – xüsusilə ikinci prezidentin komandası və bəzi “Rusiya oliqarxları” – hakimiyyətin əldə etdiyi nəticələri yenidən nəzərdən keçirmək niyyətindədir.

O iddia edib ki, bu, sülh kursundan imtina deməkdir:

“Bu, avtomatik olaraq sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və kommunikasiya proseslərindən imtina etmək deməkdir. Bu isə 100 faiz müharibəyə aparır”.

Rubinyan əlavə edib ki, hazırkı hakimiyyətin siyasəti davam etdirilərsə, müharibə üçün əsas olmayacaq.

Erməni vitse-spiker həmçinin bəyan edib ki, Paşinyan hakimiyyətə gələnə qədər regionda sülh yox idi, lakin hazırda münaqişə başa çatıb. O, müxalifəti bu prosesi pozmaqda ittiham edib.

O, sülhün mövcudluğunu əsaslandırmaq üçün sərhəddə atəşkəsin qorunduğunu və Ermənistan hərbçilərinin artıq həlak olmadığını vurğulayıb. /Musavat.com/

Seçilən
3
1
nocomment.az

2Mənbələr