Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub edib
Azərbaycan millisi "FIFA Series 2026" beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.
Aia.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.
Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.
Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.
“FIFA Series – 2026”
19:00. Azərbaycan – Sent Lüsiya 6:1
Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64 - D. Filip, 52-p.
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
***
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Aia.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
***
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda üçüncü qolu vurub.
Aia.az xəbər verir ki, 37-ci dəqiqədə Musa Qurbanlı fərqlənib.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.
***
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda iki qol fərqi ilə öndədir.
Aia.az xəbər verir ki, hazırda hesab 2:0 Azərbaycan yığmasının xeyrinədir.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın 2-ci dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rəhim Sadıxov adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.