AZ

Bundan sonrakı matça ciddi hazırlaşacağıq Ayxan Abbasov

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşıb. Görüş milli komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb (6:1).

Oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb.

"Bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Belə havada oynamaq çətin idi. Hər iki komanda çətinlik çəkirdi. İlk dəqiqədən qol vurmaq istəyirdik. Buna da nail olduq.

Komandada yeni oyunçular var idi. Bundan sonrakı matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik".

A.Abbasov DÇ-2026-nin seçmə mərhələsində ciddi rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

"Daha əvvəl futbolçuların döyüşkənliyi ilə öyünürdük. İndi isə nəticə çox önəmlidir. Oyunçuların qol vurmaq və qələbə istəyi var idi. Bilirik ki, UEFA Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik".

Baş məşqçi millidə rəqabətin olduğunu da əlavə edib: "Bütün futbolçulara şans vermək istəyirik. Bəziləri daha yaxşı formadadırlar. Bizim üçün hər kəsi meydanda görmək əla şans idi".

Mütəxəssis yığmanın tarixində ən böyükhesablı qalibiyyəti əldə etməsinə də toxunub:

"Dünən mətbuat konfransında dedilər. Həmin vaxt yada saldılar. Futbolçulara tapşırıq verməmişdik ki, mütləq rekord nəticə olmalıdır. Sadəcə, qollar vurmaq istəyirdik. Bu da bizi sevindirir".

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
11
fanat.az

10Mənbələr