AZ

Bu dərmanlar kofe ilə qəbul edildikdə faydası qalmır

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Səhər yeməyindən sonra içilən bir fincan qəhvə bəzən sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Bir çox insan rahatlıq naminə əlinin altındakı qəhvə ilə dərman qəbul edir. Lakin kliniki farmakoloq Anton Safonovun sözlərinə görə, bu vərdiş dərmanın təsirini tamamilə itirməsinə və ya orqanizmdə zəhərli effekt yaratmasına səbəb olur.Xüsusilə öskürək əleyhinə preparatlar, tərkibində efedrin və teofillin olan dərmanlar qəhvə ilə bir araya gəldikdə ürək döyüntüsünü kritik həddə çatdırır. Bu zaman əllərdə əsmə, yuxusuzluq və ağır aritmiya riski yaranır. Həkim bildirir ki, bəzi antibiotiklər də kofeinlə "düşmən" kəsilir. Məsələn, siprofloksasin qəbul edildikdə kofein bədəndən iki-üç dəfə gec xaric olur. Nəticədə adi bir fincan qəhvə insanda panik atak və təzyiqin kəskin yüksəlməsinə yol açır.Ağrıkəsici və iltihab əleyhinə dərmanların çoxunun tərkibində onsuz da kofein mövcuddur. Onları əlavə qəhvə ilə içmək dozanın aşılması deməkdir. Ürək xəstəliklərində istifadə olunan beta-blokatorlar isə qəhvə ilə içildikdə öz funksiyasını yerinə yetirə bilmir. Çünki bu dərmanlar nəbzi yavaşlatmağa çalışdığı halda, qəhvə onu sürətləndirərək müalicəni səmərəsiz edir.Sakitləşdirici və yuxu dərmanları ilə qəhvənin birgə qəbulu isə əsəb sistemində ciddi gərginlik və kabus dolu yuxulara səbəb ola bilər. Mütəxəssis vurğulayır ki, istənilən dərmanı yalnız otaq temperaturunda olan təmiz su ilə içmək lazımdır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr