Bu gün futbol üzrə Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya yığması ilə qarşılaşıb.
Ayxan Abbasovun baş məşqçilik etdiyi komandamız 6:1 hesabı ilə qələbə qszanıb.
Bununla da, Azərbaycan millisi tarixində ilk dəfə ən böyük hesablı qələbəsini qazanıb.
Yığmanın qollarını Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0), Musa Qurbanlı, 37 (3:0), Toral Bayramov, 64 (4:1) Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1) vurub.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.
Naibə, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta