AZ

ADSEA gücləndirilmiş iş rejiminə keçdi - FOTO - FOTO

İntensiv yağıntılarla əlaqədar su təsərrüfatı qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi ərazilərdə drenaj sistemlərinin olmaması səbəbindən yağış suları kanalizasiya xətlərinə yönləndirilir ki, bu da şəbəkələrin artıq yüklənməsinə və suyun daşınmasında çətinliklərə səbəb olur.

Qeyd olunub ki, mərkəzləşdirilmiş su və kanalizasiya sistemlərinin olmadığı ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün qəza briqadaları cəlb olunub.

Seçilən
0
1
aznews.az

3Mənbələr