Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli futbol komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya milli futbol komandası ilə qarşılaşıb. Görüş Ayxan Abbasovun komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində qolları Emin Mahmudov, Rəhim Sadıxov, Musa Qurbanlı, Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə vurublar.
Bu nəticə Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə kimi yadda qalıb.
Qarşılaşmanı gürcüstanlı hakim Giorgi Kruaşvili idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 30-da eyni stadionda Syerra Leone milli futbol komandasınə qarşı keçirəcək.