AZ

Cennifer Lopezin bu görüntüləri GÜNDƏM OLDU - VİDEO

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez növbəti dəfə sosial şəbəkələri silkələyib.

Musavat.com xəbər verir ki, müğənninin son çıxışlarından yayılan videolar qısa müddətdə milyonlarla baxış toplayaraq viral olub.

Səhnədə enerjisi, rəqsləri və fiziki forması ilə diqqət çəkən Lopez, 56 yaşında olmasına baxmayaraq, gənclərə meydan oxuyan performans nümayiş etdirir.

Paylaşılan görüntülərdə sənətçinin yüksək tempi qoruması və tamaşaçını coşdurması xüsusi vurğulanır.

İstifadəçilər sosial şəbəkələrdə onun forması ilə bağlı heyranlıqlarını gizlətmir, “yaş sadəcə rəqəmdir” fikri bir daha gündəmə gəlir.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr