Xəbər verdiyimiz kimi, ölkə ərazisində yağıntılı hava şəraiti hərəkəti çətinləşdirib.
NOCOMMENT.az xəbər verir ki, yağış Saray qəsəbəsinə də təsirsiz ötüşməyib.
Vətəndaşların məlumatına əsasən, yollarla yanaşı Saray MTK-da qarajı su basıb.
Bundan əlavə, sözügedən yerin həyətində yağış suları bir sıra çətinliklərə səbəb olub. /sumqayit24.az/