Bakıya yağan güclü yağış bir sıra ərazilərdə subasmalara səbəb olub.
Turkustan.az xəbər verir ki, paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzini də su basıb.
Nəticədə sahibkarlara xeyli ziyan dəyib.
Xatırladaq ki, iki gündür ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir.
Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir./yenisabah.az