AZ

Sent Lüsiya yığmasının baş məşqçisi məğlubiyyəti şərh etdi

SUMQAYIT, 27 mart. TELEQRAF

“Azərbaycan yığması ilə oyunda bu nəticəni gözləmirdim”.

Teleqraf xəbər verir ki, bunu Sent Lüsiya yığmasının baş məşqçisi Stern Con Sumqayıtda Azərbaycan millisinə 1:6 hesabı ilə məğlub olduqları “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçirilən oyundan sonra mətbuat konfransında deyib.

“Rəqibin fiziki və taktiki hazırlığı yaxşı idi. Belə oyunda səhvlər buraxmamalı idik. Nəticə məyusedicidir. Buraya gəlmək üçün uzun məsafə qət etmişik. Amma bu bizim üçün təcrübə oldu. Azərbaycan çox yaxşı təşkil olunmuş komandadır”, - deyə mütəxəssis bildirib.

Seçilən
41
teleqraf.com

1Mənbələr