AZ

AKP-nin sədr müavini: Azərbaycan-Türkiyə münasibətləri hər hansı sosial media paylaşımından daha üstündür

Azərbaycan və Türkiyə arasındakı münasibətlər sosial media paylaşımlarından qat-qat yüksək səviyyədədir.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu APA-nın Türkiyə bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkələrdə iki ölkə arasında nifaq yaratmağa yönələn paylaşımlar ciddi qəbul olunmur.

“Bizim münasibətimiz hər hansı sosial media paylaşımından qat-qat daha yüksəkdədir. Bu, taleyin bizi birləşdirdiyi bir yoldaşlıqdır”, – deyə Zorlu qeyd edib.

O vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədə davam edir və bundan sonra da inkişaf edəcək.

“Ölkələrimiz arasında çox yüksək səviyyəli münasibətlər var. Yaradılmağa çalışılan neqativ dalğalara qarşı qəti iradəmiz mövcuddur”, – deyə AKP rəsmisi əlavə edib.

Zorlu bildirib ki, hər iki ölkənin liderləri və xalqları arasında qardaşlıq münasibətləri davamlı və dəyişməzdir.

Seçilən
42
1
apa.az

2Mənbələr