AZ

Yağışın dayanacağı tarix açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 17:00-a olan məlumatına görə ölkə ərazisində intensiv yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərdə, xüsusən Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrızda qar yağır.Paytaxtda və Abşeron yarımadasında düşən yağıntının miqdarı artıq 40 mm qeydə alınıb. Bu göstərici aylıq normanın 170 faizini təşkil edir. Normaldan artıq düşən yağıntılar şəhərin bəzi hissələrində hərəkəti çətinləşdirib.Sinoptiklər xəbərdarlıq edir ki, ayın 28-i gün ərzində də yağıntılar davam edəcək. Bəzi yerlərdə yağışın daha da intensivləşəcəyi gözlənilir. Güclü yağışlarla əlaqədar yarımadanın ayrı-ayrı ərazilərində subasma hallarının baş verməsi ehtimalı var.Hava şəraitinin ayın 29-u gündüz saatlarından etibarən tədricən düzələcəyi və yağıntıların kəsiləcəyi proqnozlaşdırılır.Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr