AZ

Tənhalıq hissi ciddi xəstəliklərin xəbərçisi ola bilər

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bəzən ətrafımızda çoxlu insan olsa da, özümüzü tənha hiss edirik. Nevroloq Yekaterina Demyanovskayanın sözlərinə görə, bu hiss sadəcə həyat şəraiti ilə bağlı deyil, həm də bəzi gizli xəstəliklərin əlaməti ola bilər."Xüsusilə depressiv pozuntulardan əziyyət çəkənlər sosial əlaqələri olsa belə, özlərini dünyadan təcrid olunmuş hiss edirlər. Depressiya zamanı beyindəki neyromediatorların işi pozulur və bu, enerjinin, motivasiyanın aşağı düşməsinə səbəb olur. İnsan vərdiş etdiyi ünsiyyətdən zövq ala bilmir və getdikcə qabığına çəkilir. Bənzər vəziyyət həyəcan pozuntusu olan şəxslərdə də müşahidə edilir. Onlar ətrafdakıların rəyindən qorxduqları və ya daxili gərginlik yaşadıqları üçün insanlarla təmasdan qaçmağa çalışırlar".Həkim bildirir ki, tənhalıq hissi bəzən Alszeymer kimi ağır xəstəliklərin ilkin mərhələsində də özünü büruzə verir. Xəstəliyin başlanğıcında olan şəxslər ətrafdakıları anlamaqda çətinlik çəkir, söhbəti yadda saxlaya bilmir və bu da onlarda kimsəsizlik duyğusu yaradır. Autizm spektrli pozuntuları olan xəstələr də oxşar hisslərlə üzləşirlər.Həmçinin həddindən artıq yorğunluq və asteniya zamanı da insan tək qalmaq istəyir. Lakin bu müvəqqəti haldır və bərpa prosesindən sonra keçib gedir. Psixoloqlar isə xüsusilə yeniyetmələrin süni intellekt və çat-botlarla dostluq etməsinin təhlükəli olduğunu vurğulayırlar. Bu, gənclərin real cəmiyyətə uyğunlaşmasına mane olur və onlarda emosional qapalılıq yaradır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr