AZ

“Mənfi irəliləyiş olmur” – Rəşad Eyyubov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Bakıda Portuqaliya yığmasına 0:4 hesabı ilə uduzduqları AVRO-2027-nin seçmə oyunundan sonra jurnalistlərin qarşısına çıxıb.

Msport.az xəbər verir ki, xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:

“Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə isə təəssüf ki, bunu itirdik. Komanda bir qədər boşaldı. Ən böyük problemimiz standart vəziyyətlərdir. Bu epizodlardan dərhal üç qol buraxdıq. Birinci hissəyə görə futbolçulara təşəkkür edirəm. İkinci hissədə isə pis oynadıq”.

– Sizcə, yığma Portuqaliya ilə səfərdə daha yaxşı oynadı, yoxsa evdə?

– Uduzmuşuqsa, deməli, pis oynamışıq.

– İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4. Bu, irəliləyişdir?

– Mənfi irəliləyiş olmur.

– Birinci hissədə hesab açılmadı. İkinci hissədə rəqib qol vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiniz?

– Bu, ilk növbədə intensivliklə bağlıdır. Belə tempə uyğunlaşmaq kifayət qədər çətindir. Ona görə də gücümüz yalnız birinci hissəyə çatdı. İntensivlik baxımından rəqib bizdən üstün idi.

– Komandadan daha artığını gözləyirdiniz?

– Futbolçuları optimal fiziki vəziyyətə gətirməyə çalışdıq. Amma bu, kifayət etmədi.

– Hava şəraiti oyuna təsir etdi?

– Şərait hər iki komanda üçün eyni idi.

 

Seçilən
0
4
msport.az

7Mənbələr