AZ

Tez tez asqırmağın səbəbləri məlum oldu

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Asqırmaq bədənin xarici amillərə qarşı verdiyi təbii müdafiə reaksiyasıdır. Lakin bu hal tez-tez təkrarlanırsa, orqanizmdə hansısa problemin olduğundan xəbər verir".Demokrat.az xəbər verir ki,  bunu otorinolarinqoloq Oleq Vorontsov deyib.O bildirib ki, asqırma burun yollarını tozdan, mikroblardan və kimyəvi maddələrdən təmizləməyə xidmət edir.Həkimin sözlərinə görə bu halın ən geniş yayılmış səbəbi allergik reaksiyalardır. Bitki tozcuqları, ev heyvanları və ya adi məişət tozu asqırma refleksini sürətləndirir. Eyni zamanda kəskin qoxular və soyuq hava da burun selikli qişasını qıcıqlandıraraq bənzər nəticəyə yol açır. Xroniki rinit və ya kəskin respirator virus infeksiyaları zamanı da asqırma əsas əlamətlərdən biri kimi çıxış edir.Maraqlıdır ki, yapon alimləri bu problemin həlli üçün fərqli üsul tapıblar. Tədqiqatlar göstərir ki, toz halında olan yaşıl matça çayı allergik rinit zamanı asqırma tezliyini azalda bilir. Bu içki birbaşa immun sisteminə deyil, asqırma refleksini işə salan sinir mexanizmlərinə təsir göstərərək simptomları yüngülləşdirir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr