Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qarabağda dini abidələrin bərpası və şəhərlərdə genişmiqyaslı tikinti işlərinin aparılması dərin hörmət hissi doğurur".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Mavritaniyadan olan səyyah Baba Əl-Bekay bildirib.
Onun sözlərinə görə, ziyarət etdiyi Ağdamdakı məscid onda xüsusi təəssürat yaradıb:
"İslam ölkəsindən gəlmiş bir müsəlman olaraq mənim üçün bu, çox emosional an oldu. Həmin müqəddəs yeri görmək və Azərbaycanla Ermənistan arasındakı münaqişə zamanı həlak olan insanların tarixini öyrənmək həqiqətən vacibdir. Qarabağın güclü və dərin tarixi var, bu, məni çox duyğulandırdı".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.