AZ

Bakı-Şamaxı yolunda ağır qəza olub

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
12
3
xezerxeber.az

10Mənbələr