AZ

"Son oyunlarda mübarizə aparan, gələcəyə ümid verən komanda gördük"

Azərbaycan milli komandası "FİFA series - 2026" beynəlxalq turnirinə hazırlaşır.

Rəqiblər Sent-Lüsiya və Syerre-Leona yığmalarıdır.

Hamı Ayxan Abbasovun yetirmələrindən asan qələbələr gözləyir.

Hətta münasib yığmalarla üz-üzə gələcəyimizi görüb, milliyə kütləvi halda gənclərin dəvət olunmasını təklif edənlər az deyil.

Bəs ən doğru olanı nədir? İdeal heyət, layiq olanların dəvət olunması, yoxsa gənclərlə yola davam etmək?

"Şəfa" Futbol Akademiyasının koordinatoru Nadir Nəbiyev mövzu ilə bağlı Sportinfo.az-a açıqlamasında geniş danışıb:

"Milli komanda bu il ilk dəfə bir araya gəlir. Bu turnirdə nəticə önəmli olmasa da millinin qələbə qazanmasını istəyirəm. Nə qədər çox qələbə qazansan, bir o qədər də özünəinam artır.

İndi həm U 19 həm də U 21 vacib oyunlara çıxacaq. Ona görə də bu turnirə yeni gənc futbolçuların dəvət olmasını gözləmirdim.

Ayxan müəllim imkam düşəm kimi gənclərə şans verən məşqçidi. Buna işlədiyi komandalarda da milli komanda da şahidi olmuşuq.

Odur ki tələsməyə dəyməz , inanıram ki, növbəti toplanışlarda yeni gənc futbolçuları millinin heyətində görə biləcəyik.

Bu toplantıya milliyə birinci dəfə dəvət olunan futbolçular var. Xüsusən də Ayxan Hüseynovun dəvətinə sevindim.

İnanıram ki, Ayxan milli komandaya xeyir verən futbolçulardan olacaq. Son oyunlar meydançada mübarizə aparan, gələcəyə ümid verən milli komanda gördük.

Ümid edirəm ki daha da yaxşı oynayıb, seçmə mərhələdə ugurlu nəticə qazana bilərik".

XANOĞLAN

Seçilən
15
sportinfo.az

1Mənbələr