Məşhur türkiyəli aktrisa Hande Erçel İstanbulda saxlanılaraq polis bölməsinə aparılıb.
Musavat.com xəbər verir ki, İstanbula gələn aktrisa hava limanında polis əməkdaşları tərəfindən qarşılanıb və dindirilmək üçün İstanbul Ədliyyə Sarayına aparılıb.
Məlumata görə, ifadə verdikdən sonra aktrisa saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Hazırda Hande Erçel narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində tanınır.
“Sabah” qəzetinin yaydığı məlumata görə, İstanbul Baş Prokurorluğu narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində 32 yaşlı aktrisa barəsində həbs qətimkan tədbiri seçilməsi üçün order verib. Əməliyyat çərçivəsində ümumilikdə 15 nəfər barəsində order çıxarılıb ki, onlardan 14-ü artıq saxlanılıb. İttihamlar arasında narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsi, narkotikdən istifadə üçün yer və şəraitin təmin edilməsi, həmçinin fahişəliyə təşviq kimi ağır maddələr yer alır.
Qeyd edək ki, eyni təhqiqat çərçivəsində daha əvvəl “Beşiktaş” klubunun keçmiş prezidenti Fikrət Orman və “Qalatasaray”ın keçmiş rəhbəri Burak Elmas da saxlanılıb.
Musavat.com